Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur.
Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.